Braziliyanın məşhur məşqçilərindən olan Luis Felipe Skolari maraqlı açıqlamaları ilə diqqət çəkib.
Qol.Az-ın məlumatına görə, ölkəsinin mətbuatına danışan Skolari Andre Villas Boaşın "Çelsi"dən qovulmasına münasibət bildirib.
Hazırda "Palmeyras"ı çalışdıran 63 yaşlı mütəxəssis "Çelsi"nin baş postuna keçəcək şəxsi "cəhənnəm" gözlədiyini vurğulayıb:
"Boaş bir çempiondur və belə olmağa da davam edəcək. Məncə, həmkarım "Çelsi"yə keçən kimi 7-8 oyunçunu dəyişdirməli idi. Ancaq o, fərqli qərar verdi. "Çelsi"də Boaşı əvəzləyəcək şəxsi isə "cəhənnəm" gözləyir. İngiltərə uzun müddətdir titul qazana bilməməsinə baxmayaraq, hələ də "Arsenal"ı çalışdırmağa davam edən Arsen Venger kimi klublara sahib bir ölkədir. Ancaq "Çelsi"nin sistemi çox fərqlidir. Bu, mənim üçün təəccüblü deyil. Çünki zamanında mən bunu yaşamışam".
Qeyd edək ki, Skolari 2008-2009-cu illərdə məhz "Çelsi"ni çalışdırıb.
Argentina millisi Avstriyaya qalib gəldi - Yenilənib
FİFA hakimləri aşağı liqaya göndərildi
Cənubi Koreya yığmasından radikal qərar
Messi dünya çempionatları tarixinin ən yaxşı bombardiri oldu
Demiçelis bu klubu çalışdıracaq
"İmişli" yeni hücumçu transfer etdi
“Zirə”nin “Torpedo” ilə oyunları: harada və nə vaxt?
“Sabah” - TNS oyunlarının vaxtı açıqlandı
“Qarabağ”ın Avroliqadakı oyunlarının vaxtı müəyyənləşdi
Gənc ulduzun uğur tilsimi davam edir
İtaliya Futbol Federasiyasının yeni prezidenti bəlli oldu
Argentina - Avstriya matçının heyətləri açıqlandı
"Mançester Yunayted" yeni stadion tikir
"Ronaldo əvəzlənməyi qəbul etməlidir"
"Nə etməli olduğumuzu bilirik"