“İzmitə səfərim futbolla bağlı idi. Ora “Kocaeli41” telekanalının dəvəti ilə getmişdim”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri bu günlərdə Türkiyənin İzmit şəhərində səfərdə olmuş “Bakı”nın koordinatoru Akif Özakyol deyib. A.Özakyol bildirib ki, səfər çərçivəsində İzmit şəhərini təmsil edən “Kocaelispor” klubunda çıxış edən həmyerlilərimiz - Rəşad Sadıqov və Ramal Hüseynovla da görüşüb: “Kocaeli41” telekanalının bir futbol proqramının qonağı oldum. Eyni zamanda İzmitdə olduğum müddətdə Rəşad və Ramalla da görüşdüm. Onlarla hal-əhval tutdum, özəl bir söhbətimiz olmadı. Onların yaşayış tərzləri, şəraitləri ilə maraqlandım. Şahid oldum ki, hər ikisinin işləri qaydasındadır. “Kocaelispor” rəhbərliyi onlar üçün gözəl şərait yaradıb. Azərbaycana salamlarını göndərdilər”.
Bravo, “Sabah”!
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas