17 yaşadək futbolçulardan ibarət komandalar arasında AFFA tərəfindən təşkil olunmuş çempionatda X turun oyunları keçirilib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, oyunlardan biri - “Bakılı” - “İnter” qarşılaşması baş tutmayıb. Oyun zamanı stadionda təcili yardım maşınının olmaması buna səbəb olub. Xatırladaq ki, artıq ikinci dəfədir ki, “Bakılı” təcili yardım maşını tapa bilmədiyindən, oyunu baş tutmur. 2 tur əvvəl də “Bakı”yla ev oyununda “Bakılı” təcili yardım maşını tapa bilmədiyindən, qarşılaşma təxirə salınmış, eyni zamanda “Bakılı”ya İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət verilmişdi. Bu dəfə də eyni halın təkrarlanacağı gözlənilir. X turun dirəg oyunlarında isə aşağıdakı nəticələr qeydə alınıb:
Bakı zonası
«Qarabağ» - «Olimpik» 2:0
«Standard» - «Bakı» 2:2
MOİK – «Neftçi» 0:2
Regionlar zonası
«Qəbələ» - «Turan» 2:3
«MKT-Araz» - «Xəzər-Lənkəran» 3:1
«Simurq» - «Karvan» 1:4
Bravo, “Sabah”!
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas