“Bakı”nın ardından “İnter” də “Qarabağ”la Ağdamda qarşılaşmağa hazır olduğunu bəyan edib. Bu barədə Qol.Az-ın müxbiriylə söhbətində “İnter”in prezidenti Georgi Nikolov məlumat verib. Bolqarıstanlı klub rəhbəri “Qarabağ”ın bu addımını təqdir edib: “Hər halda “Qarabağ” Ağdamın təmsilçisidir və buna görə də ev oyunlarını doğma rayonda keçirməsində qeyri-adi bir şey yoxdur. Hətta mən hesab edirəm ki, “Qarabağ” bu addımı çoxdan atmalıydı. “İnter” klubu da “Qarabağ”la səfər oyununun Ağdamda keçirilməsini dəstəkləyir. Biz Ağdamda oynamağa tam hazırıq. Amma bir məsələ də var ki, gərək əvvəlcə oradakı şəraitlə tanış olaq. Bilək ki, orada komandanın məskunlaşması üçün normal məkan varmı? Meydanın vəziyyəti, ümumiyyətlə, stadionun şəraiti necədir. Əgər bu məsələlərlə bağlı hansısa çətinlik olmasa, orada normal şərait yaradılsa, heç bir problem yoxdur. Biz məmuniyyətlə, Ağdama gedərik”.
Bravo, “Sabah”!
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas