Amit oynadı, komandası üç xala sevindi

Amit oynadı, komandası üç xala sevindi
XƏBƏR 4 Mart 2012 / 22:32 1913
-  A +

Bu gün Türkiyə Bank Asiya Liqasında XXIV turun növbəti matçları baş tutub.

Qol.Az-ın məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Amit Quluzadənin şərəfini qoruduğu “Kayseri Erciyesspor” öz meydanında “İstanbul Güngörenspor”u qəbul edib.

Həmyerlimizin komandası görüşdən 2:0 hesabı ilə qalib ayrılıb.

Quluzadə görüşün 77-ci dəqiqəsində meydana daxil olub.

“Kayseri Erciyesspor” bu qələbə ilə turnir cədvəlinin 6-cı pilləsində yerini möhkəmlədib.

Son xəbərlər