Millimizin baş məşqçisi: "Bizimlə müqayisədə rəqib çox zəif görünürdü"

XƏBƏR 4 Mart 2012 / 22:15 1487
-  A +

«Avropa çempionatının seçmə mərhələsindən sonra komandanın vəziyyətini yoxlamaq üçün bu oyunlar vacib idi. Ola bilər ki, bizimlə müqayisədə rəqib çox zəif görünürdü, amma bizim üçün əsas olan öz oyunumuzu göstərmək idi. Bu qələbələr qızlarda özünəinam hissinin güclənməsinə kömək edəcək».

Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan U-17 qızlar yığmasının baş məşqçisi Sissi Rayt Gürcüstanla oyundan sonra deyib.

Xatırladaq ki, Azərbaycan yığması gürcüstanlı həmyaşıdlarına 6:0 hesabıyla qalib gəlib.

Son xəbərlər