«Bakı» klubu «Qarabağ»la ölkə kubokunun yarımfinal oyununu Ağdamın Quzanlı kəndində keçirməyə hazırdır. Bu barədə Qol.Az-a «Bakı»nın baş meneceri Zeynal Məmmədov məlumat verib. O, məsələylə bağlı “Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəllə danışdığını söyləyib: «Ona da bildirmişəm ki, “Bakı” “Qarabağ”la Ağdamda oynamağa hazırdır”. Z.Məmmədovun sözlərinə görə, PFL belə bir qərar qəbul edəcəyi halda, məmuniyyətlə Ağdama getməyə hazırdırlar: “Bu məsələdə “Bakı” tərəfindən heç bir problem ola bilməz. Biz Ağdama getməyə hazırıq. Bizim üçün matçın harada keçirilməsinin heç bir fərqi yoxdur. Yalnız onu istəyirik ki, meydanın vəziyyəti normal olsun”.
Xatırladaq ki, “Qarabağ”la “Bakı” arasındakı ilk yarımfinal matçı aprelin 29-da Tofiq Bəhramov adına respublika stadionunda oynanılacaq. Mayın 6-a təsadüf edəcək təkrar oyunun isə Ağdamın Quzanlım kəndində keçirilməsi mümkündür.
Bravo, “Sabah”!
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas