"Beşiktaş" klubunun iki ulduz futbolçusu - Hüqo Almeyda və Manuel Fernandez komandanı tərk edə bilər.
Qol.Az-ın "Habertürk"ə istinadən verdiyi məlumata görə, hər iki futbolçu digər komandalardan təkliflər alıb.
"Beşiktaş"ın portuqaliyalı ulduzu Almeydanı Rusiyanın "Anji" klubu heyətinə qatmağı planlaşdırır. Mahaçqala təmsilçisi Almeyda üçün 12 milyon avro ödəməyə hazırdır.
İngiltərənin "Tottenhem" klubu isə "qara qartal"ın digər üzvü Fernandezə "elçi" düşüb. London təmsilçisi isə braziliyalı futbolçunun transferinə 10 milyon avro xərcləmək niyyətindədir. Hazırda maliyyə cəhətdən sıxıntı yaşayan "Beşiktaş" rəhbərliyinin bu təklifləri müsbət qarşılayacağı bildirilir. Lakin klub rəhbərliyində baş verən istefalar bu transferləri mövsümün sonuna qədər təxirə salacaq.
Qeyd edək ki, bu iki futbolçu ilə yanaşı mövsümün sonunda Rikardo Quarejma və Simao Sabrozanın da "Beşiktaş"dan ayrılacağı gözlənilir.
"İmişli"də ayrılıq
Salah yenə ön planda
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi