FİFA danışılmış oyunları araşdırmağı İnterpolun sabiq rəisinə tapşırdı

FİFA danışılmış oyunları araşdırmağı İnterpolun sabiq rəisinə tapşırdı
XƏBƏR 4 Mart 2012 / 00:01 1660
-  A +

İnterpolun sabiq rəhbəri Ralfa Mutşkle FİFA-nın təhlükəsizlik departamentinin rəisi olacaq.

Qol.Az-ın "goal.com"-a istinadən verdiyi məlumata görə, 52 yaşlı Mutşkle hazırda Almaniyanın federal kriminal polis idarəsində çalışır.

O, yeni vəzifədə avstraliyalı Kris İtonu əvəzləyəcək. Mutşkle səlahiyyətlərinin icrasına iyunun 1-dən başlayacaq.

Almaniyalı rəis danışılmış oyunlarla bağlı araşdırmalar aparacaq və oyunlar zamanı təhlükəsizliyi təmin edəcək.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner