Bəhmən Həsənov: "Gənc futbolçulara şans verdim"

XƏBƏR 3 Mart 2012 / 19:10 1588
-  A +

“Heyət baxımından bəzi problemlərimiz var idi. Rəqib erkən qol vurdu. Bu da bizdə psixoloji gərginlik yaratdı”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Qəbələ”yə məğlubiyyət (0:4) haqda danışan “Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov deyib.

Baş məşqçi bu oyunda əsasən gənc futbolçulara şans verdiyini bildirib: “Heç bir halda oyunçularımı bu matça kökləyə bilmədim. “Altılıq”dan kənarda qalmağımız da bu oyunda bizə təsir etdi. Müdafiə xəttində bəzi gənc oyunçuların təcrübəsizliyindən qollar buraxdıq”.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner