Bernhard Raab: "Xəzər Lənkəran"ın çempionluğa oynadığı hiss olunurdu"

XƏBƏR 3 Mart 2012 / 17:28 2119
-  A +

“Sumqayıt” klubunun baş məşqçisi Bernhard Raab futbolçularının bu gün “Xəzər Lənkəran”a qarşı oyunundan narazı qalıb.

Qol.Az-ın məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında Sumqayıt təmsilçisinin baş məşqçisi bütün mövqelərdə oynayan futbolçularının səhvlərə yol verdiyini deyib.

Almaniyalı mütəxəssis bu qarşılaşmada hər iki komanda arasında olan səviyyə fərqinin hiss olunduğunu bildirib:

“Görüşün ilk on dəqiqəsindən sonra “Xəzər Lənkəran”ın çempionluğa, bizim isə ikinci “altılıq”da yerimizi qorumaq üçün oynadığımız görünürdü”.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner