AZAL-ın baş məşqçisi: «Onların zədələnməsi oyun planımızı pozdu»

XƏBƏR 3 Mart 2012 / 17:05 1850
-  A +

«Komandamız birinci hissədə daha yaxşı oynadı. Bizim beş dəfə qol vurmaq imkanımız olsa da, bundan istifadə edə bilmədik».

Qol.Az-ın məlumatına görə, bu sözləri AZAL klubunun baş məşqçisi Rafiq Mirzəyev Unibank Premyer Liqasında bu gün «Qarabağ»a 0:1 hesabıyla uduzduqları oyundan sonra deyib.

O qeyd edib ki, aparıcı futbolçuları olan Zohair Benouahi və Aqil Nəbiyevin zədələnərək meydandan çıxması komandalarının oyun planını pozub.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner