“Qarabağ”da üzücü olay

XƏBƏR 3 Mart 2012 / 14:53 3090
-  A +

Unibank Premyer Liqasında bu gün Quzanlıda AZAL-ı qəbul edən “Qarabağ” matçdan öncə üzücü olayla üzləşıb.

Qol.Az-ın məlumatına görə, adı oyunun iştirakçıları sırasında olan Ağdam klubunun kapitanı Rəşad Sadiqov görüşün başlamasına 10-15 dəqiqə qalmış, yüngül məşq zamanı damarını dartıb. Bu səbəbdən futbolçu oyuna çıxa bilməyib.

Baş məşqçi Qurban Qurbanov Sadiqovun əvəzinə Qara Qarayevi meydana daxil edib.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner