Keçmiş jurnalist Almaniya futbolunun rəhbəri oldu

XƏBƏR 2 Mart 2012 / 21:13 1723
-  A +

Almaniya Futbol İttifaqına (AFİ) yeni prezident seçilib.

Qol.Az-ın "Bild" qəzetinı istinadən yaydığı məlumata görə, bu, bunadək qurumun baş katibi işləmiş Volfqanq Nirsbaxdır. Keçmiş futbol jurnalisti AFİ-nin rəhbəri vəzifəsinə yeganə namizəd olub. O, ittifaqın assamblyasının 260 üzvünün hamısının səsini toplayıb.

Xatırladaq ki, bunadək AFİ-yə rəhbərlik edən Teo Svantsiger ötən ilin dekabrında tutduğu vəzifədən istefa verib.

Son xəbərlər