Belçika milli komandasının gənc hücumçusu Eden Hazard yenidən diqqət mərkəzinə düşüb.
Qol.Az-ın Belçika mətbuatına istindaən verdiyi məlumata görə, Yunanıstanla yoldaşlıq görüşündən sonra (1:1) ölkəsinə qayıtmağa hazırlaşan komanda Hazardın zarafatı səbəbindən saat yarım gecikib.
Hava limanında yoxlama zamanı komanda yoldaşı Naser Çadlinin 7 milyon avro dəyərindəki saatını gizlincə götürən Hazard onu özündə saxlayıb. Daha sonra saatını itirdiyini anlayan Çadli təhlükəsizlik xidmətinə xəbər verib.
Bəzi futbolçuların məhz təhlükəsizlik xidmətindən şübhələnməsi isə aranı bir qədər qarışdırıb. Hətta komandanın futbolçuları təyyarəyə minməkdən imtina ediblər. Belə olan təqdirdə isə Hazard sonda dözməyərək saatı uşaqlıq dostu Çadliyə geri qaytarıb və problem həll olunub.
Qeyd edək ki, Belçika millisinin baş məşqçisi Jorj Likens bu hərəkəti gülüşlə qarşılasa da, Hazard komanda yoldaşlarının qəzəbinə tuş gəlib.
"İmişli"də ayrılıq
Salah yenə ön planda
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?