Türkiyə milli komandası və "Atletiko" (Madrid) klubunun aparıcı futbolçusu Arda Turan sevgilisi Sinəm Kobaldan ayrılıb.
Qol.Az-ın "Hurriyet" qəzetinə istinadən verdiyi məlumata görə, buna Ardanın sıx qrafik səbəbindən sevgilisinə vaxt ayıra bilməməsi səbəb olub.
Artıq 2 il yarımdır bir arada olan sevgililər 20 gün öncə oturub, danışaraq ayrılmağı qərara alıblar. Lakin cütlüyün yenidən barışacağı da istisna olunmur.
Fevralın 29-da Türkiyənin Slovakiya ilə keçirdiyi yoldaşlıq görüşü çərçivəsində (1:2) İstanbula gələn Arda sevgilisi ilə bağlı suala "Sinəmlə münasibətlərimizin sabah necə olacağı bəlli deyil" cavabını verib.
Türkiyənin məşhur aktrisalarından olan Sinəm də artıq Madriddən köçərək İstanbula qayıdıb. Sinəmin Ardadan ayrılmasından sonra avtomobil qəzası keçirdiyi bildirilir.
"İmişli"də ayrılıq
Salah yenə ön planda
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?