"Bakı" klubunun aparıcı üzvlərindən sayılan Aleksandar Soliç Unibank Premyer Liqasının XXII turu çərçivəsində qarşılaşacaqları "İnter"lə oyunöncəsi fikirlərini bölüşüb.
Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan xorvatiyalı futbolçu qarşıdakı görüşlə bağlı bunları bildirib:
"Bu oyunda bizə yalnız qələbə lazımdır. Bunu anlayırıq və meydana 3 xal üçün çıxacayıq. Ötən ev oyunumuzda aldığımız böyükhesablı məğlubiyyət bir daha təkrarlamamalıdır.
Bu oyunda hamımız meydanda bir nəfər kimi sonadək mübarizə aparmalıyıq. Rəqib güclüdür, qələbə naminə əlimizdən gələni etməliyik. Dediklərimi meydanda həyata keçirsək, qələbə qazanmaq çətin olmayacaq".
"İmişli"də ayrılıq
Salah yenə ön planda
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri