"Porto"nun prezidenti: "Halkın qiyməti 100 milyon avrodur"

"Porto"nun prezidenti: "Halkın qiyməti 100 milyon avrodur"
XƏBƏR 2 Mart 2012 / 01:24 1917
-  A +

"Porto" klubunun prezidenti Yorqe Nuno Pinto da Kosta komandasının aparıcı hücumçusu Halkın "Çelsi"yə keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın Portuqaliya mətbuatına istinadən verdiyi məlumata görə, 74 yaşlı prezident Halkı transfer etmək istəyən komandanın 100 milyon avrosundan keçməli olduğunu açıqlayıb: 

"Daha öncə də söyləmişəm. Halkın qiyməti 100 milyon avrodur. Bu məbləği ödəyən komanda Halka sahib çıxacaq. Əks təqdirdə braziliyalı futbolçu müqaviləsinin sonuna qədər "Porto"da qalacaq".

Braziliyalı futbolçu da Kostaya Avropadan bir sıra təkliflər almasına baxmayaraq, məhz "Çelsi"yə keçmək istədiyini bildirib. Rəhbərlik isə Halkın transferi üçün London təmsilçisindən 100 milyon avro tələb edir.

Qeyd edək ki, Kostanın bu açıqlamasından sonra "Çelsi"nin sahibi Roman Abramoviçin Halk üçün bu məbləği verib-verməyəcəyi böyük maraq doğurur.


Son xəbərlər