"Mançester Yunayted" klubunun hücumçusu Dimitar Berbatov daha bir il komandasında qalacaq.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə "Mançester Yunayted" klubunun baş məşqçisi Ser Aleks Fergüsson açıqlama verib:
"Mən yenə də Berbatovun çıxışını səbirsizliklə gözləyirəm. Son zamanlar Berbatovun komandadan gedəcəyi haqda müxtəlif xəbərlər eşidirəm.
Lakin onun "Mançester Yunayted"dən getməsi üçün heç bir səbəb yoxdur. Mən Berbatova daha bir il şans vermək niyyətindəyəm. O, peşəkar futbolçudur və düşünürəm ki, komandada az oynamasından şikayətlənmir".
Qeyd edək ki, Berbatovun "Mançester Yunayted"lə 2013-cü ilə qədər müqavilə imzalayacağı bildirilir.
"İmişli"də ayrılıq
Salah yenə ön planda
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri