PSJ-dən Xaviyə 80 milyon avro

PSJ-dən Xaviyə 80 milyon avro
XƏBƏR 1 Mart 2012 / 15:09 2092
-  A +

Fransanın PSJ klubu növbəti transfer hədəfini açıqlayıb.

Qol.Az-ın məlumatına görə, Paris təmsilçisi "Barselona"nın yarımmüdafiəçisi Xavi Hernandezə "elçi" düşüb.

Fransa klubu 32 yaşlı futbolçu üçün 80 milyon avro ödəməyə hazırdır. Lakin Xavinin Kataloniya təmsilçisiylə 2014-cü ilə qədər müqaviləsinin olması PSJ-nin işini çətinə salır.

Bununla belə, PSJ-nin qətərli sahibləri Xavinin transferi üçün daha yüksək məbləğ təklif edəcəklərini bildirib. 1998-ci ildən "Barselona"nın şərəfini qoruyan Xavi komandadan ayrılmaq istəmədiyini açıqlayıb.

Qeyd edək ki, PSJ klubu daha öncə Karlos Tevez və Devid Bekhemi transfer etmək istəsə də, buna nail olmamışdı.


Dünya Çempionatı 2026
Son xəbərlər
22.06.26  12:51

"İmişli"də ayrılıq

22.06.26  09:39

Salah yenə ön planda

topaz banner