Sxadadze: "Bakı"nın futbolçularıyla prinsipimiz yoxdur"

Sxadadze: "Bakı"nın futbolçularıyla prinsipimiz yoxdur"
XƏBƏR 1 Mart 2012 / 14:08 1509
-  A +

“İnter” klubunun hücumçusu Baçana Sxadadze Unibank Premyer Liqasının XXII turu çərçivəsində “Bakı” ilə keçiriləcək oyun haqda fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan gürcüstanlı forvard bu görüşdə qələbə qazanmaq istədiklərini bildirib:

"Biz bilirik ki, “Bakı” ilə qarşılaşma çətin olacaq, lakin komanda oyuna ciddi köklənir və hazırlaşır. Biz bu komandayla mövsümün birinci hissəsində baş vermiş hadisəni unutmamışıq.

Layiqli qələbə qazanmaq və birinci hissədə baş vermiş ədalətsizliyi düzəltmək istəyirik. “Bakı”nın futbolçularıyla prinsipimiz yoxdur, biz sadəcə qalib gəlmək istəyirik".


Son xəbərlər