“Milli komandaya yollanmağım əhval-ruhiyyəmi yüksəltdi. Hər halda, ora boşuna getmədim. Azərbaycan millisi ilə oyunda qol vurdum və məhsuldar ötürmə verdim”. Qol.Az-ın “Sport-Ekspress”ə istinadən yaydığı məlumata görə, bu fikirləri Rusiya milli komandasının hücumçusu Roman Pavlyuçenko deyib. Bu mövsümdən İngiltərənin “Tottenhem” klubunda çıxış edən 27 yaşlı futbolçu bir aylıq fasilədən sonra Premyer Liqada öz sözünü deyib. Bu müddətdə klubunda ehtiyatda qalan, hətta əvəzedici komandaya göndərilən Roman millimizlə martın 28-də Moskvada keçirilən görüşü (2:0) yada salıb: “Düzdür, millidən qayıdandan sonra yenə də ehtiyatda oturdum. Ancaq bununla belə, gərgin məşqlərimi davam etdirirdim. Məlum olduğu kimi, heç bir iş boşuna getmir”.
Son turda “Vest Hem”lə ev oyununda (1:0) sonradan meydana çıxaraq, qələbə topunun müəllifi olan Pavlyuçenko bu qolun lap yerinə düşdüyünü söyləyib. Onun sözlərinə görə, klubundakılar Azərbaycanla oyunda uğurlu çıxışına görə təbrik ediblər: “Komanda yoldaşlarım millidəki uğurlarıma görə məni təbrik etdilər. Hətta “Tottenhem”in ikinci məşqçisi mənə yaxınlaşıb dedi ki, məhsuldar oyunum haqda məlumatlıdırlar və buna görə şaddırlar. Milli üçün güc həmişə çatar. İngiltərə çempionatı mayın sonunda bitəcək. Bundan sonra Finlandiya ilə görüşə qədər hələ 10 gün qalacaq və buna görə də problem yaranmamalıdır. İstirahəti isə futbolçu karyeramı başa vurandan sonra edərik”.
Qeyd edək ki, Pavlyuçenko milli komandamızla oyunun ilk hissəsində cərimə zərbəsini dəqiq yerinə yetirib. Fasilədən sonra isə hücumçu etdiyi məhsuldar ötürmə ilə Konstantin Zıryanovun oyunda son nöqtə qoymasına imkan yaratdı.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
A Seriyasında daha bir baş məşqçi istefası
Azərbaycan millisi dünya çempionatına heç-heçə ilə başladı
“Borussiya” Niko Kovaçla müqaviləni uzatdı
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqaya təyinat aldılar
İnfantino milyonlarla dollar mənimsəyib - İddia
Dani Karvahalın yeni klubu açıqlandı
ÇL-in oyunları bu kanallarda
“Sabah” - "Slaviya" oyununa - Böyük maraq
Misli Premyer Liqası klubu baş məşqçini istefaya göndərdi
Haalandın "Barselona" arzusu
AFFA "Neftçi"ni 5 min manat cərimələdi
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Azərbaycanlı hakim “Roma” - “Real” oyununu idarə edəcək
Ukrayna millisi Gürcüstanı harada qəbul edəcək?
La Liqa klubunda yeni baş məşqçi
Ronaldo 981-ci qolunu Özbəkistan “Neftçi”sinə vurdu
“Traktor” ÇL-də ilk xalını qazandı
“Atalanta”dan 3 qollu qələbə - Video
Superliqada 7-ci tura yekun vuruldu
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas