Mirhüseyn Seyidov İslandiya qələbəsindən danışdı

Mirhüseyn Seyidov İslandiya qələbəsindən danışdı
XƏBƏR 1 Mart 2012 / 13:45 1533
-  A +

"Neftçi" klubunun futbolçusu və U-21 milllimizin kapitanı Mirhüseyn Seyidov İslandiya yığması ilə keçirilən oyun (1:0) barədə fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan gənc futbolçu görüşlə bağlı bunları deyib:

"Oyundan əvvəl də söz vermişdik ki, qələbə qazanacağıq. Dediyimiz kimi də oldu. Komanda yoldaşlarımın əksəriyyəti ilə "Neftçi"də çiyin-çiyinə oynamışam. Ona görə də bir-birimizi başa düşmək sarıdan çətinliyimiz olmadı.

Kapitan olmağım məsuliyyətimi daha da artırır. Gərək özüm yaxşı oyun göstərim ki, komanda yoldaşlarıma da deməyə sözüm olsun. Qrupdakı rəqiblərimizin hamısı ilə layiqli mübarizə apara bilərik. Çalışacağıq ki, bu qələbəmizin ardı gəlsin".

 


Son xəbərlər