"Çelsi"nin baş məşqçisi "İnter" yolunda

"Çelsi"nin baş məşqçisi "İnter" yolunda
XƏBƏR 1 Mart 2012 / 02:15 2083
-  A +

Bu mövsüm heç də yaxşı günlərini yaşamayan İtaliyanın "İnter" klubu baş məşqçi Klaudio Ranyeri ilə yollarını ayıracaq.

Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, artıq klubun prezidenti Massimo Morattinin baş məşçi postuna əsas namizədi də bəllidir.

Bu, "Çelsi"nin baş məşqçisi Andre Villas Boaşdır. Bu mövsüm uğursuz çıxışları ilə diqqət çəkən "Çelsi"nin klubunun portuqaliyalı mütəxəssislə yollarını ayıracağı istisna olunmur.

Moratti ilk hədəfinin məhz Boaş olduğunu və təcrübəli mütəxəssisin "Çelsi"dən ayrılmasını gözləyəcəyini bildirib. Milan təmsilçisi Avro-2012-yə qədər baş məşqçisini təqdim etmək niyyətindədir.

Qeyd edək ki, Boaşın "Çelsi"də qalacağı təqdirdə, bütün diqqətlər Fransa millisinin baş məşqçisi Loran Blank və "Napoli"nin çalışdırıcısı Valter Mazzariyə yönələcək.

 


Son xəbərlər