Qalmaqallı boksçu diskvalifikasiya olundu

Qalmaqallı boksçu diskvalifikasiya olundu
XƏBƏR 1 Mart 2012 / 01:47 1522
-  A +

Ümumdünya Boks Şurası (WBC) Böyük Britaniya boksçusu Derek Çisoranı cəzalandırıb.

Qol.Az-ın məlumatına görə, buna ukraynalı Vitali Kliçko ilə döyüşdən öncə və sonra 28 yaşlı idmançının davranışı səbəb olub.

Çisora çəkiölçmə mərasimində Kliçkonun sifətindən şillə vurub. Xal hesabı ilə uduzduğu qarşılaşma başlandığı vaxt o, Vitalinin qardaşı Vladimir Kliçkonun sifətinə tüpürüb. Döyüşün ardından təşkil olunmuş mətbuat konfransında öz boksçu həmyerlisi Devid Heylə dalaşıb.

WBC Çisoranı cərimələyib və qeyri-müəyyən müddətə diskvalifikasiya edib. Cərimə məbləği və əlavə sanksiyalar təşkilatın vəkili Stiven Beverli ilə dinləmələrdən sonra müəyyənləşəcək. Bundan başqa Çisoranın adını WBC reytinqindən çıxarıb.


Son xəbərlər