"Lokomotiv" yarımfinala yüksəldi

"Lokomotiv" yarımfinala yüksəldi
XƏBƏR 1 Mart 2012 / 01:22 1608
-  A +

Ötən gün qadın voleybolçular arasında “Çelenc Cup” turnirində 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, bu mərhələdə ölkəmizi təmsil edən "Lokomotiv" klubu doğma azarkeşləri önündə Çexiyanın "Brno" klubu ilə qarşılaşıb.

Səfərdə rəqibinə 2:3 hesabı ilə uduzan komandamız doğma azarkeşləri önündə bu məğlubiyyətin əvəzini çıxıb. Hər 3 setdə qələbə qazanan "Lokomotiv" "qızıl set"i də qalib başa vurub. Bununla da, "Bakı"nın ardından "Lokomotiv" də yarımfinala yüksəlib.

 

29 fevral

“Çelenc Cup”da 1/4 final mərhələsinin cavab oyunu

“Lokomotiv” (AZƏRBAYCAN) - “Brno” (Çexiya) - 3:0 (25:19, 25:19, 25:15)

"Qızıl set" - 20:18


Son xəbərlər