Kroyf: "Messi dünyanın ən yaxşısı deyil"

Kroyf: "Messi dünyanın ən yaxşısı deyil"
XƏBƏR 1 Mart 2012 / 01:06 2539
-  A +

Hollandiyanın canlı əfsanəsi Yohan Kroyf dünyanın ən yaxşı futbolçusunun "Barselona"nın ulduzu Lionel Messinin olmadığını bildirib.

Qol.Az-ın məlumatına görə, ölkəsinin mətbuatına danışan Kroyf dünyanın ən yaxşısı kimi "Barselona"nın digər ulduzu Xavi Hernandezi fərqləndirib:

"Əslində ən yaxşı futbolçu anlayışı yoxdur. Çünki futbolda bir-birindən fərqli mövqelər var. Düzdü, Messi istedadlı futbolçudur.
 
Ancaq Xavi öz oyunu ilə Messidən tamamilə fərqlənir. Ona görə ən yaxşını seçmək çətindir. Əgər bir futbolçunun adını çəkməli olsam, bu, Messi yox, Xavidir".


Son xəbərlər