"Rabitə" ÇL-də mübarizəni dayandırdı

"Rabitə" ÇL-də mübarizəni dayandırdı
XƏBƏR 1 Mart 2012 / 00:44 2020
-  A +

Ötən gün qadın voleybolçular arasında Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, bu mərhələdə ölkəmizi təmsil edən "Rabitə" klubu Türkiyənin "Fənərbaxça" klubu ilə qarşılaşıb.

Doğma azarkeşləri önündə rəqibinə 0:3 hesabı ilə məğlub olan Zoran Qayiçin komandası səfərdə qələbə qazanmaq niyyətində idi. Lakin ilk oyunda olduğu kimi İstanbulda baş tutan görüşdə də "Fənərbaxça" komandamıza heç bir şans verməyib.

Nəticədə görüş 3:0 hesabı ilə Türkiyə təmsilçisinin xeyrinə başa çatıb. Bununla da, son dünya çempionu olan "Rabitə" ÇL-də mübarizəni dayandırıb.




29 fevral

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu

"Fənərbaxça" (Türkiyə) - "Rabitə" (Azərbaycan) 3:0 (25:20, 25:17, 25:20)

 


Son xəbərlər