Vitali Kliçko Kiyev meri olmaq istəyir

Vitali Kliçko Kiyev meri olmaq istəyir
XƏBƏR 1 Mart 2012 / 00:05 1681
-  A +

Ukraynalı məşhur boksçu, “Udar” (“Zərbə”) Partiyasının lideri Vitali Kliçko Kiyev şəhər meri seçkisində iştirak edəcək.

Qol.Az-ın məlumatına görə, bu barədə Kliçko “5-ci kanal”a açıqlama verib.

O bildirib ki, partiyası Ukrayna Radasına seçkiyə qatılsa da, özü mer vəzifəsinə iddiasını ortaya qoyacaq: “Mən dəfələrlə demişəm ki, Kiyev ayrı ola və ölkədə baş verən hadisələrdən kənarda qala bilməz. Mən də mer seçkisinə qatılacağam. Partiyam isə parlament seçkisində yarışacaq. Mən həm kiyevlilərin, həm də Ukraynanın hər bir regionunun maraqlarını qoruyacağam”.


Son xəbərlər