Bu gün Dubay şəhərində Fələstin və Azərbaycan milli komandaları arasında keçirilən yoxlama oyunundan (2:0) sonra millimizin məşqçisi Nazim Süleymanov matçla bağlı fikirlərini bildirib. Qol.Az saytı Süleymanovun müsahibəsini təqdim edir:
- Bugünkü oyunla bağlı fikirləriniz necədir?
- Təbii ki, məğlubiyyət hamıya pis təsir edir. Özünüz də gördünüz ki, bugünkü matçın hakimi futboldan xəbərsiz idi. Birinci qol ofsayddan vuruldu. Bir sözlə, hakimlik bərbad idi. Buna baxmayaraq, hesab edirəm ki, futbolçularımız daha güclü oynamalıydılar. Fələstin elə də güclü komanda deyil ki, onlara məğlub olaq. Arxayınlaşmaq lazım deyildi, gərək rəqibə ciddi yanaşaydılar. Bu gün təlim-məşq toplanışımız başa çatır. Buradakı hazırlıqda məqsədimiz cavan oyunçuları yoxlamaq idi. Biz baş məşqçi Berti Foqtsla bu axşam söhbət edəcəyik. Gələcəkdə milliyə kimlər lazım olacaq, bununla bağlı müzakirə aparacağıq. Ümumiyyətlə, gənc futbolçular pis təsir bağışlamadılar. Bugünkü qarşılaşmada da ikinci hissədə pis oynamadılar. Cavan oyunçulara təcrübə toplamaq üçün belə oyunlar lazımdır. Onlar məhz yoxlama matçlarında sınanmalıdır. Bu futbolçular dünya çempionatında mütləq özlərini yaxşı tərəfdən göstərməli və xal toplamalıdır.
- Cihan Özkaranın oyunu ilə bağlı fikirləriniz necədir?
- Cihan oyuna ikinci hissədə daxil oldu. Yəqin ki, onu gələcəkdə də komandaya dəvət edəcəyik. Bu futbolçuya ümidimiz böyükdür. Amma unutmayaq ki, hücumçunun qol imkanı olursa, gərək ondan istifadə eləsin. Özünüz də gördünüz ki, 0:1 hesabıyla geridə olanda Cihanın yaxşı qol imkanı oldu. Gərək, bundan istifadə edəydi.
- Dünən Berti Foqts təlim-məşq toplanışının gedişatını izləyən klublarımızın baş məşqçiləri ilə görüşdü. Həmin görüşdə nələr müzakirə olundu?
- Foqts söylədi ki, çox məşqçilər milinin hazırlıq prosesindən sonra futbolçularının yorulduğunu bildirir. Dedi ki, biz sizə şərait yaradırıq, futbolçularınızın hazırlıq prosesinin canlı şahidi olasınız. Müzakirələr zamanı hamı mili komandayla bağlı fikirlərini irəli sürdü.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?