İngiltərə millisinin yeni kapitanı müəyyənləşdi

İngiltərə millisinin yeni kapitanı müəyyənləşdi
XƏBƏR 29 Fevral 2012 / 16:52 2567
-  A +

İngiltərə milli komandasının yeni kapitanı müəyyənləşib.

Qol.Az-ın "The Guardian" qəzetinə istinadən verdiyi məlumata görə, Fabio Kapellonun istefa verməsindən sonra baş məşqçi əvəzi olan Stüart Pirs Con Terriyə əvəzləyici tapıb.
 
Bu, "Tottenhem" klubunun yarımmdüfiəçisi Skot Parkerdir. İngiltərədə ilin futbolçusu seçilən Parker kapitanlıq uğrunda mübarizədə Co Hart ("Mançester Siti") və Stiven Cerrardı qabaqlayıb. Parker komandasını bu axşam Hollandiya ilə keçiriləcək yoldaşlıq matçına kapitan kimi çıxaracaq.

Qeyd edək ki, Terrinin irqçiliklə bağlı kapitanlıqdan uzaqlaşdırılmasının ardıdan Kapello da İngiltərə millisindən istefa vermişdi.
 


Son xəbərlər