Bakı "İnter"inin yunanıstanlı xanım azarkeşi (FOTO)

Bakı "İnter"inin yunanıstanlı xanım azarkeşi (FOTO)
XƏBƏR 29 Fevral 2012 / 16:01 2545
-  A +

Bakının “İnter” klubunun yerli azarkeşləri ilə yanaşı, əcnəbi xanım fanatı da var.

Qol.Az-ın məlumatına görə, klubun mətbuat xidmətinə edilən müraciətdə “İnter”in azarkeşi olan yunanıstanlı xanımın Bakıya təşrif buyurduğu bildirilib.

Bu gün Zoe Douka adlı həmin qonaq “Şəfa” stadionunda olub və “İnter” Azarkeş Klubunun prezidenti Ruslan Muradov qonağa komandanın 11nömrəli formasını hədiyyə edib.

Gənc yunan xanım “İnter” klubuna mehriban qəbula görə təşəkkür edib və komandaya uğurlar arzulayıb.


Son xəbərlər