Ançelotti: "Balotellini düzəldə bilərəm"

Ançelotti: "Balotellini düzəldə bilərəm"
XƏBƏR 29 Fevral 2012 / 14:30 2323
-  A +

PSJ klubunun baş məşqçisi Karlo Ançelotti "Mançester Siti" klubunun hücumçusu Mario Balotellini komandasında görmək istədiyini açıqlayıb.

Qol.Az-ın məlumatına görə, Fransa mətbuatına danışan italiyalı mütəxəssis Balotellinin qeyri-etik davranışını düzəldəcəyini bildirib:

"Balotellini komandamda görmək istəyirəm. O da Kassano kimi istedadlı futbolçudur. Bu tip futbolçular üçün sərhəd olmur. Çünki onlar meydanda nə istəyirlər onu da edirlər. Balotelli də bəzən qeyri-etik hərəkətlərlə yadda qalır. Ancaq mən Balotellini düzəldə bilərəm. Buna isə bir qədər vaxt lazım olacaq". 
 
Qeyd edək ki, PSJ rəhbərliyi mövsümün sonunda Balotellini transfer etməyi planlaşdırır.

Daha çox


Son xəbərlər
17.12.25  15:40

Levandovski MLS yolunda