"Ronaldinyo da mənim "Barselona"ya getməyimi istəyir"

"Ronaldinyo da mənim "Barselona"ya getməyimi istəyir"
XƏBƏR 29 Fevral 2012 / 03:05 2739
-  A +

"Santos" klubunun ulduz futbolçusu Neymar Braziliya millisindəki komanda yoldaşı Ronaldinyodan bəzi məsləhətlər aldığını bildirib.

Qol.Az-ın məlumatına görə, bir vaxtlar "Barselona"da çıxış edən Ronaldinyo həmyerlisinin də Kataloniya klubuna getməsini istəyir.

2014-cü ilə qədər "Santos"la müqaviləsi olan Nemyar isə "El Mundo Deportivo" saytına açıqlamasında bu haqda belə danışıb: "Mən hər zaman Ronaldinyonun məsləhətlərinə qulaq asıram. O, mənim üçün xüsusi futbolçudur.

Ronaldinyo "Barselona" haqda çox danışıb və o da mənim məhz Kataloniya klubuna getməyimi istəyir. Mən də bunu normal qarşılayıram və bilirəm ki, "Barselona" dünyanın ən yaxşı komandasıdır. Lakin hələlik bütün diqqətimi "Santos"un uğurlarına yönəltmişəm".

Qeyd edək ki, Ronaldinyo 2003-2008-ci illərdə məhz "Barselona"nın şərəfini qoruyub.


Son xəbərlər