"Bakı" yarımfinala vəsiqə qazandı

"Bakı" yarımfinala vəsiqə qazandı
XƏBƏR 29 Fevral 2012 / 02:51 1844
-  A +

Ötən gün qadın voleybolçular arasında “Çelenc Cup” turnirində 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, bu mərhələdə ölkəmizi təmsil edən "Bakı" klubu doğma azarkeşləri önündə Rusiyanın "Omiçka" klubu ilə qarşılaşıb.

Səfərdə rəqibinə 2:3 hesabı ilə məğlub olan komandamız növbəti mərhələyə adlamaq üçün mütləq qələbə qazanmalı idi ki, bunu da bacarıb. "Qızıl set"də də üstün olan "Bakı" yarımfinala vəsiqə qazanıb.

 

28 fevral

“Çelenc Cup”da 1/4 final mərhələsinin cavab oyunu

“Bakı” (AZƏRBAYCAN) - “Omiçka” (Rusiya) - 3:0 (25:22, 25:19, 25:21)

"Qızıl set" - 15:9


Son xəbərlər