Martın 2-də Hindistanın Mumbay şəhərində Ümumdünya Boks Seriyasının (WSB) 1/4 final mərhələsinin qarşılaşması baş tutacaq. Qol.Az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 18:30-da başlayacaq görüşdə “Venky’s Mumbai Fighters” - “Baku Fires” qarşılaşmasında komandaların heyətləri açıqlanıb.
Komandaların heyətləri artıq məlumdur:
"Venky’s Mumbai Fighters" - "Baku Fires"
54 kq. Citender Kumar (Hindistan) – Qairbek Qermaxanov (Azərbaycan)
61 kq. Çarli Suares (Filippin) – Semyon Qrivaçyov (Azərbaycan)
73 kq. Tomaş Yablonski (Polşa) – Nikolay Veselov (Belarus)
85 kq. Serqey Melnik (Ukrayna) – Vətən Hüseynli (Azərbaycan)
+91 kq. Uaine Fa (Yeni Zelandiya) – Hacı Murtuzəliyev (Azərbaycan)
"Baku Fires" bu matça yalnız bir liderini – Qairbek Qermaxanovu çıxarır. WSB-nin 54 kq çəki kateqoriyasının liderini Asiya çempionatının mükafatçısı Citender Kumara qarşı çətin döyüş gözləyir.
Vətən Hüseynlinin rinqə ikinci çıxışını da qeyd edək. O, Leipzig Leopards-dan Kevin Küntselə qarşı ilk döyüşündə məğlub olub. Qermaxanovdan başqa, Baku Fires-in heyətində daha bir boksçu - Nikolay Veselov - məğlubiyyətlə qarşılaşmayıb. O, keçirdiyi hər iki döyüşdə qalib gəlib.
Hindistan komandasının heyətində Okeaniya çempionatının mükafatçısı, Yeni Zelandiyalı Uaine Fanı göstərmək olar. O, WSB-də iki döyüş keçirib və iki qələbə qazanıb. Tomaş Yablonski və Sergey Melnik öz ilk döyüşlərini, Çarli Suares isə üçüncü döyüşünü keçirəcək. 23 yaşlı filippinli əvvəlki iki döyüşündə bir qələbə qazansa da, bunu nokautla edib.
Qeyd edək ki, "Baku Fires"in Hindistanda döyüşəcək boksçular istisna olmaqla, digər idmançıları bu günlərdə Mayamidə təlim-məşq toplanışını başa çatdırırlar və yaxın günlərdə Azərbaycana gəlib, martın 10-da "Venky’s Mumbai Fighters"ə qarşı keçiriləcək cavab matçına hazırlaşacaqlar.
1/4 final mərhələsinin digər matçları:
"Leipzig Leopards" (Almaniya) – "Dynamo Moscow" (Rusiya)
"Astana Arlans" (Qazaxıstan) – "Mexico Cuty Guerreros" (Meksika)
"Paris United" (Fransa) - "Dolce & Gabbana Milano Thunder" (İtaliya)
"Venky’s Mumbai Fighters" - "Baku Fires" cütün qalibi yarımfinalda "Paris United" - "Dolce & Gabbana" Milano Thunder matçn qalibi ilə görüşəcək.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?