Özil: "İspaniya yığması səviyyəsində komandayıq"

Özil: "İspaniya yığması səviyyəsində komandayıq"
XƏBƏR 29 Fevral 2012 / 01:06 2072
-  A +

Almaniya milli komandasının türk əsilli futbolçusu Məsut Özil iddialı açıqlamaları diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, Özil Almaniya mətbuatına müsahibəsində komandasının İspaniya yığması ilə eyni səviyyədə olduğunu bildirib:

"Almaniya hazırda dünyanın ən güclü komandalarından biridir. Məncə, komandam İspaniya yığması ilə eyni səviyyədədir. Günü-gündən irəliyə doğru addımlayırıq. Avro-2012-nin də əsas favoritlərindən biri Almaniya millisidir. Avropa çempionatında istənilən komandanı məğlub edəcək gücdəyik".

Qeyd edək ki, "Real" (Madrid) klubunun futbolçusu milli komandada keçirdiyi 55 oyunda 8 dəfə rəqib qapılarına yol tapıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
22.06.26  12:51

"İmişli"də ayrılıq

22.06.26  09:39

Salah yenə ön planda

topaz banner