Azərbaycan yığmasının London olimpiadasına yollanacağı tarix

Azərbaycan yığmasının London olimpiadasına yollanacağı tarix
XƏBƏR 29 Fevral 2012 / 00:45 1686
-  A +

Azərbaycan nümayəndə heyətinin 2012-ci il London Yay Olimpiya Oyunlarına yollanacağı tarix müəyyənləşib. Bu haqda Lent.az-a ölkəmizin şef de-missionu, Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov məlumat verib.

İ.Mədətovun sözlərinə görə, ilk qrup Böyük Britaniya paytaxtına iyulun 24-də uçacaq. Həmin qrupun tərkibi geniş olacaq. Burada yarışın ilk günlərində mübarizəyə qoşulacaq idmançılar və iyulun 27-də baş tutacaq açılış mərasimində iştirak edəcək rəsmi şəxslər yer alacaq.

Şef de-mission bildirib ki, əvvəlki olimpiadalardan fərqli olaraq, bu dəfə nümayəndə heyətimizin səfərləri üçün çevik qrafik nəzərdə tutulub. Səbəb Bakı – London marşrutu ilə birbaşa reyslərin olmasıdır. O baxımdan, qalan heyət üzvləri təyyarə reyslərinin uçuş qrafiklərinə uyğun gəldiyi vaxtlarda Londona gedə biləcəklər.

Qeyd edək ki, avqustun 12-dək davam edəcək 2012-ci il London Yay Olimpiya Oyunlarında hələlik 30 idmançımızın çıxış edəcəyi dəqiqləşib.


Dünya Çempionatı 2026
Son xəbərlər
22.06.26  12:51

"İmişli"də ayrılıq

22.06.26  09:39

Salah yenə ön planda

topaz banner