"Şalke"nin növbəti hədəfi - Podolski

"Şalke"nin növbəti hədəfi - Podolski
XƏBƏR 29 Fevral 2012 / 00:01 1745
-  A +

"Köln" klubunun hücumçusu Lukaş Podolski mövsümün sonunda komandadan ayrılacağını açqlayıb.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, 26 yaşlı futbolçunun "Şalke"yə keçəcəyi iddia olunur.

"Şalke" rəhbərliyi Podolski üçün illik 6 milyon avro ödəməyə hazırdır. Üstəlik rəhbərlik Cefferson Farfanı da qarşı tərəfə verməyi planlaşdırır.

Köln klubu isə Podolskini komandada saxlamaq üçün əlindən gələni edir. Qərarını Avro-2012-dən sonra verəcəyini bildirən Podolski Almaniya klubuna keçmək niyyətində olmadığını bildirib.

Qeyd edək ki, Podolski ilə "Arsenal" və "Latsio" klubları da yaxından maraqlanır.


Dünya Çempionatı 2026
Son xəbərlər
22.06.26  12:51

"İmişli"də ayrılıq

22.06.26  09:39

Salah yenə ön planda

topaz banner