“Azərbaycanla oyunda tribunalar ağzınadək dolu olacaq”

XƏBƏR 28 Fevral 2012 / 22:27 2299
-  A +

“Tümen” klubunun prezidenti Aleksandr Popov Rusiya və Azərbaycanın futzal millilərinin dünya çempionatının pley-off təkrar matçının Tümen şəhərinə salınmasının səbəbini açıqlayıb.

Qol.Az-ın məlumatına görə, o, Rusiya mətbuatına müsahibəsində deyib ki, şəhərlərində belə vacib oyunu qəbul etmək üçün hər çür şərait var.

“Biz artıq sübut etmişik ki, belə yarışları qəbul edə bilərik. Üstəgəl Moskvadan fərqli olaraq, bizdə tribunalar ağzınadək dolu olacaq. Unutmayaq ki, üç tümenli futbolçu Rusiya millisində oynayır. Bütün bunları nəzərə alan assosiasiya oyunu Tümendə keçirmək qərarı verdi” – deyə o qeyd edib.

Xatırladaq ki, dünya çempionatına qatılmaq üçün Rusiya və Azərbaycan komandalar arasındakı ilk pley-off matçı martın 27-də Bakıda, təkrar matç isə aprelin 9-da Tümen şəhərində keçiriləcək.

Daha çox


Son xəbərlər
16.12.25  11:14

18 ildən sonra

16.12.25  11:04

Jardim istefa verdi