“Barselona” dopinqə görə 200 min avro qabağa düşdü

XƏBƏR 28 Fevral 2012 / 22:02 2309
-  A +

İspaniyanın radiostansiyalarından biri hələ 2011-ci ilin martın 13-də "El Partido de las 12" proqramında “Barselona” klubunun ünvanına səslənən ittihama görə klubdan və onun azarkeşlərindən üzr istəyib.

Qol.Az-ın məlumatına görə, proqramda “Barsa”lı futbolçuların dopinqdən istifadə etdiyi iddia olunub. Bundan sonra həmin radiostansiya məhkəməyə verilib. Məhkəmə zamanı proqramda səslənən fikirlər təsdiqini tapmadığından hakim “Barselona” klubuna vurulan mənəvi zərbəyə görə, radionu 200 min avro məbləğində cərimələyib.

Radiostansiya bu məbləği ödəməyə hazır olduğunu bəyan edib.

Qeyd edək ki, bir neçə ay əvvəl eyni məsələyə görə “Barsa” Fransanın “Le Mond” qəzetindən üst-üstə 315 min avro udub.

Daha çox


Son xəbərlər
16.12.25  11:14

18 ildən sonra

16.12.25  11:04

Jardim istefa verdi