"Çelsi"nin baş məşqçisi: "Abramoviç məni də qova bilər"

"Çelsi"nin baş məşqçisi: "Abramoviç məni də qova bilər"
XƏBƏR 28 Fevral 2012 / 18:53 2060
-  A +

"Çelsi"nin baş məşqçisi Andre Villas Boaş son zamanlar komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis "Çelsi"dən gedəcəyini istisna etməyib:

"Klubun sahibi Abramoviçin məni dəstəklədiyini hiss edirəm. Ancaq o "Çelsi"nin daha yaxşı dönəmlərində belə baş məşqçini qovmaqdan çəkinməmişdi. Düşünrəm ki, Abramoviç məni də qova bilər. Maraqlıdır ki, o bu dəfə hansı qərarı qəbul edəcək? Komandada qalıb, yoluma davam edəcəyəm, yoxsa mən də digər həmkarlarım ki, "Çelsi"dən ayrılacağam".

Qeyd edək ki, "Çelsi" 26 turdan sonra 46 xalla hazırda turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Daha çox


Son xəbərlər
16.12.25  11:14

18 ildən sonra

16.12.25  11:04

Jardim istefa verdi