"Mourinyo ilə heç bir problemim yoxdur"

"Mourinyo ilə heç bir problemim yoxdur"
XƏBƏR 28 Fevral 2012 / 14:26 1972
-  A +

"Real" (Madrid) klubunun müdafiəçisi Serxio Ramos komandanın baş məşqçisi Joze Mourinyo ilə heç bir problem yaşamadığını açıqlayıb.

Qol.Az-ın məlumatına görə, bununla bağlı xəbərləri təkzib edən Ramos Mourinyo ilə yaxşı münasibətdə olduğunu bildirib:

"Mourinyo ilə heç bir problemim yoxdur. O, çox ağıllı məşqçidir və komandaya yeni nəfəs gətirib. Mourinyodan öyrəniləcək çox şey var. Portuqaliyalı mütəxəssis komandada hər kəsə mehriban davranır. Lakin təəssüf ki, mətbuatda bunu başqa cür qələmə verirlər".

Qeyd edək ki, bu mövsüm İspaniya kubokunun 1/4 final mərhələsi çərçivəsində Madridə keçirilən "Real" - "Barselona" matçından sonra (1:2) ikili arasında gərginlik yaşanmışdı.


Son xəbərlər