Popoviç: "Şəkillərin yayılmasında günahkar özüməm"

Popoviç: "Şəkillərin yayılmasında günahkar özüməm"
XƏBƏR 28 Fevral 2012 / 13:47 2391
-  A +

“Dubay toplanışı çərçivəsində üç yoxlama oyunundan ən azı birində iştirak etmək istəyirdim. İlk matçda meydana çıxacağımı gözləmirdim. Bu mənim üçün çox vacib idi. Çox təəssüf ki, son dəqiqələrdə qapımızda qol gördük və qələbə qazana bilmədik. Komandanın oyuna nəzarəti itirməsi qapımızda qol görməyimizlə nəticələndi”.

Qol.Az-ın məlumatına görə, bu sözləri milli komandamızın qapıçısı Andrey Popoviç Dubay toplanışı çərçivəsində milli komandanın çıxışı haqda danışarkən deyib.

Popoviç sabah milli komandanın Fələstinlə keçiriləcək yoxlama oyununda meydana çıxmaq istədiyini bildirib: “Fələstinlə matçda iştirak etməyi çox istərdim. Amma oynayacağım hələ bəlli deyil. Baxaq görək, baş məşqçi hansı qərarı verəcək”.

Millinin qapıçısı Sinqapurla oyundan sonra bir neçə komanda yoldaşı ilə birlikdə əlində siqaret və içki ilə çəkilmiş fotoların yayılmasına da münasibətini açıqlayıb: “Bu şəkillərin yayılmasında günahkar özüməm. Ona görə ki, həmin fotonu sosial şəbəkələrin birində öz səhifəmdə yerləşdirdim. Komanda yoldaşlarıma görə çox təəssüf hissi keçirirəm. Mən artıq bu məsələyə görə onlardan üzr istəmişəm. Ümid edirəm ki, bu məsələ artıq qapanacaq. Daha bu mövzuya toxunmaq istəmirəm”.

Mənbə: 1news.az

Son xəbərlər