Foqts jurnalistlərlə yeyib-içdi

XƏBƏR 28 Fevral 2012 / 12:02 1864
-  A +

Fevralın 27-də keçirilmiş Azərbaycan – Hindistan oyunundan sonra hazırda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində olan Unibank Premyer Liqası klublarının baş məşqçiləri və mətbuat nümayəndələri Azərbaycan milli komandası ilə birgə şam yeməyində iştirak ediblər.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı məlumata görə, millinin baş məşqçisi Berti Foqts klub məşqçiləri və jurnalistlərlə toplanış barədə ətraflı məlumat verib, geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Unibank Premyer Liqası klublarının baş məşqçiləri Rafiq Mirzəyev (AZAL), Fuad İsmayılov («Kəpəz»), Bernhard Raab («Sumqayıt») və Cüneyt Biçər («Xəzər Lənkəran») hazırda Dubay şəhərindədir. Qurban Qurbanov («Qarabağ»), Bəhmən Həsənov («Rəvan») və Kaxaber Sxadadze («İnter») millinin təlim-məşq toplanışını və Fələstin yığması ilə yoldaşlıq oyununu izləmək üçün bu gün Dubay şəhərinə gedəcək.

Son xəbərlər