"Milan" Meksesin xidmətindən məhrum oldu

"Milan" Meksesin xidmətindən məhrum oldu
XƏBƏR 28 Fevral 2012 / 01:55 1719
-  A +

İtaliya A Seriyasının sonuncu turu çərçivəsində öz meydanında "Yuventus" qarşılaşan "Milan" klubu ciddi itki ilə üzləşib.

Qol.Az-ın məlumatına görə, Milan təmsilçisinin müdafiəçisi Filip Mekses rəqib futbolçu Marko Boriellonu yumruqla vurduğu üçün 3 oyunluq cəzalandırılıb.

Həmin epizod baş hakimin gözündən yayındığı üçün Mekses oyunu davam etdirmişdi. Lakin İtaliya Futbol Federasiyası (İFF) fransız futbolçunun bu hərəkətini cəzasız qoymayıb.

İFF Meksesə 3 oyunluq cəza kəsib. Belədə futbolçu A Seriyasının qarşıdakı 3 oyununda - "Parma, "Palermo" və "Leççe" matçlarını buraxmalı olacaq.

Qeyd edək ki, "Milan" - "Yuventus" oyunu 1:1 hesabı ilə başa çatıb.


Son xəbərlər