"Mançester Siti"dən ispaniyalı futbolçuya 25 milyon funt-sterlinq

"Mançester Siti"dən ispaniyalı futbolçuya 25 milyon funt-sterlinq
XƏBƏR 28 Fevral 2012 / 01:09 2623
-  A +

Bu mövsüm çempionluq uğrunda mübarizə aparan İngiltərənin "Mançester Siti" klubu axtardığı futbolçunu İspaniyada tapıb.

Qol.Az-ın məlumatına görə, qış fasiləsində "Roma"dan Daniel De Rossini transfer edə bilməyən "şəhərlilər" bütün diqqətini "Atletik" (Bilbao) klubunun yarımmüdafiəçisi Xavi Martinezə yönəldib.

"Mançester Siti" rəhbərliyi 23 yaşlı futbolçunun transferi üçün qarşı tərəfə 25 milyon funt-sterlinq ödəməyə hazırdır. Lakin "Atletik" klubu isə Martinezi satmaq niyyətində olmadıqlarını açıqlayıb.

Bununla belə, Mançester təmsilçisinin yüksək məbləğ təklif edəcəyi təqdirdə ispaniyalı futbolçunun İngiltərəyə gedəcəyi istisna olunmur. Martinezi "Mançester Siti"nin baş məşqçisi Roberto Mansiniyə komandanın ispaniyalı futbolçusu David Silvanın məsləhət gördüyü bildirilir.

Qeyd edək ki, Martinez hələ 18 yaşındaykən 6 milyon avro müqabilində "Osasuna"dan "Atletik"ə transfer olunmuşdu.


Son xəbərlər