Xosep Qvardiola İngiltərə milllisinə dəvət olundu

XƏBƏR 27 Fevral 2012 / 21:23 2546
-  A +

İspaniyanın “Barselona” klubunun çalışdırıcısı Xosep Qvardiola İngiltərə milli komandasında işləyə bilər.

Qol.Az-ın “The Sun”a istinadən yaydığı məlumata görə, İngiltərə Futbol Assosiasiyası (İFA) Qvardiolaya ölkənin milli komandasının boş qalmış baş məşqçi vəzifəsini təklif edib.

Qeyd edək ki, hazırda bu vəzifəyə əsas namizəd “Tottenhem”in baş məşqçisi Harri Rednap sayılır. Əgər Rednap milliyə gəlsə, o zaman İFA bu mütəxəssisin müqaviləylə məxsus olduğu “Tottenhem”ə beş milyon funt-sterlinq təzminat ödəyəcək.

Qvardiolaya gəlincə, bu məşqçi hələlik “Barsa”la müqavilənin müddətini uzatmayıb. Onun Kataloniya klubuyla müqaviləsi isə bu mövsümün sonu yekunlaşır. Buna görə də Pepin İngiltərə millisinə keçmək ehtimalı az deyil.


Son xəbərlər