"Bakı" klubunun əsas komandasında debüt edən 18 yaşlı hücumçu Tural Qürbətovun müsahibəsi
- Tural, öncə futbola gəlişin barədə danışardın...
- Uşaqlıqda futbola çox böyük həvəsim var idi və həyətdə uşaqlarla futbol oynamağı çox sevirdim. Elə oldu ki, bir dostum oyunumu görüb, məni o vaxt “Şəfa” klubunun aşağı yaş qrup komandasına yazdırdı və 5 ay orada oynadım. 2004-ci ildə “Azəri” klubuna keçdim.
- Necə oldu ki, “Bakı” klubuna gəldin?
- 2008-ci ildə “Azəri” klubu dağılandan sonra “Bakı” U-17 komandasının çalışdırıcısı Məqsəd Yaqubəliyev məni bura cəlb etdi. Onun rəhbərliyi altında bir müddət oynadıqdan sonra Nazim Süleymanov məni əvəzedici heyətə dəvət çağırdı. Sonradan isə bu vəzifəyə Qəhrəman Əliyev təyin olundu və biz əvəzedicilər arasında Azərbaycan çempionu adını qazandıq.
- Bundan sonra əsas heyətə cəlb olundun...
- Bəli, çempion olduqdan sonra əsas heyətə beş futbolçu cəlb olundu və bu beş futbolçu arasında mənim də adım var idi.
- Sənin üçün əsas heyətdə çıxış etmək necə hisslərlə yadda qalır?
- Əlbəttə bu çox sevindirici bir haldır. Hər bir gənc futbolçunun arzusudur ki, əsas heyətdə çıxış etsin. Bu bizim üçün bir fürsətdir, öz növbəmizdə çalışmalıyıq ki, bu fürsətdən maksimum yararlanaq, özümüzü yaxşı tərəfdən göstərək və Azərbaycan futboluna xidmət edək.
- Bəs, milli komandaya necə dəvət aldın?
- Bəli, keçən il məni Azərbaycanın U-19 milli komandasına çağırdılar və Avropa çempionatında iştirak etdim. Millinin heyətində çıxış etmək mənim üçün böyük şərəfdir.
- Antaliyada “Bakı”nın qış təlim-məşq toplanışında iştirak etmisən...
- Qış hazırlığı çox yaxşı keçdi. Bizə klub rəhbərliyi tərəfindən hər bir şərait yaradılmışdı. Antaliyada beş yoxlama oyunu keçirdik. Bu oyunlarda baş məşqçimiz Aleksandr Starkov biz gənclərə də şans verdi. Məğlub olsaq da, əvəzsiz təcrübə qazandıq.
- “Simurq”la oyunda baş məşqçi sənə etimad göstərib. Bu oyun necə yadda qalıb?
- Çox sevinirəm ki, baş məşqçi bu oyunda məni meydana buraxdı. Çalışdım ki, bunun təsadüf olmadığını sübut edim. Oyun çox maraqlı keçdi və sonda gülən tərəf biz olduq. Sevinirəm ki, debüt oyunumda komandamız qələbə qazandı.
Növbəti turda “İnter” lə qarşılaşacaqsınız. Komandanın hazırlığı necə keçir və bu oyunda çıxış etmək şansın varmı?
- “İnter” klubu Azərbaycanın ən güclü klublarından biridir və turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Biz bu oyuna çox ciddi hazırlaşırıq və meydana ancaq qələbə qazanmaq üçün çıxacağıq. Əgər baş məşqçimiz mənim oynamağımı məsləhət bilsə, çalışacağam ki, bu etimadı doğruldum.
- Sonda nə demək istəyərdin?
- Başda Hafiz Məmmədov olmaqla klub rəhbərliyinə gənc futbolçulara dəstəyə və ən yüksək şəraət yaratdıqlarına görə minnətdarlığımızı bildirirəm. Biz də öz növbəmizdə çalışmalıyıq ki, layiqli oyunumuzla onları sevindirək.
Mənbə: "Bakı" klubunun rəsmi saytı
Argentina millisi Avstriyaya qalib gəldi - Yenilənib
FİFA hakimləri aşağı liqaya göndərildi
Cənubi Koreya yığmasından radikal qərar
Messi dünya çempionatları tarixinin ən yaxşı bombardiri oldu
Demiçelis bu klubu çalışdıracaq
"İmişli" yeni hücumçu transfer etdi
“Zirə”nin “Torpedo” ilə oyunları: harada və nə vaxt?
“Sabah” - TNS oyunlarının vaxtı açıqlandı
“Qarabağ”ın Avroliqadakı oyunlarının vaxtı müəyyənləşdi
Gənc ulduzun uğur tilsimi davam edir
İtaliya Futbol Federasiyasının yeni prezidenti bəlli oldu
Argentina - Avstriya matçının heyətləri açıqlandı
"Mançester Yunayted" yeni stadion tikir
"Ronaldo əvəzlənməyi qəbul etməlidir"
"Nə etməli olduğumuzu bilirik"
Millimizin gələcək hədəfləri müzakirə olundu
Azərbaycan millisi İngiltərəyə rəqib oldu
Qazaxıstan millisində baş məşqçi istefası
“Qarabağ”ın heyətində kimlər yer alıb? - Siyahı
Alman futbolçu üçün mundial erkən başa çatdı
Uruqvay - Kabo-Verde matçı mundialların tarixinə düşdü
Azərbaycan millisi Tacikistanla qarşılaşacaq
"Qarabağ" iki qapıçı ilə yolları ayırdı - Rəsmi
18 yaşında mundialın ən dəqiqidir
Dokunu tənqid edən aparıcı işdən çıxarıldı
Marko Yankoviç “Qarabağ”da qalır!
Salah Misir millisinin tarixinə düşdü
"İmişli"də ayrılıq
"Sabah"ın rəqibləri məlum oldu
Messinin ən böyük heykəli hazırlandı - Video
"Araz-Naxçıvan"dan növbəti transfer
AFFA rəsmisi UEFA-dan 8 oyuna təyinat aldı
TFF prezidentindən Montellaya dəstək
Uruqvay qələbəni bu cür əldən verdi - Video
“Turan Tovuz”a görə məyus oldum” - Ruan Renato
"Qarabağ" Avstriyaya yollandı
Fatih Terimdən azarkeşlərə müraciət
Salah yenə ön planda
Yankoviç Superliqa klubunun maraq dairəsinə düşüb
İspaniyanın böyükhesablı qələbəsi - Video
Belçikadan qol buraxmadı, matçın ən yaxşısı seçildi
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”