Poşkus "Simurq"a qayıtdı

XƏBƏR 27 Fevral 2012 / 14:09 1491
-  A +

Unibank Premyer Liqasının XXII turu çərçivəsində martın 3-ü Gəncədə “Kəpəz”in qonağı olacaq “Simurq” məşqləri bərpa edib. Klubun mətbuat xidmətindən Qol.Az-a bildirilib ki, fevralın 20-dən millinin təlim-məşq toplanışı ilə bağlı bir neçə günlük istirahətdə olan komanda fevralın 25-dən Zaqatalada bir araya gələrək hazırlıqları davam etdirir.

Ailə problemləri ilə bağlı Azərbaycana gələ bilməyən Robertas Poşkusda artıq komandaya qoşulub. Baş məşqçi Sergey Yuranın və köməkçilərinin rəhbərliyi altında gündə bir dəfə olmaqla məşqlər keçirilir. “Bakı” ilə qarşılaşmada zədələnən Anatoliy Doroşda artıq tam sağalaraq hazırlıqlara qoşulub.

Qeyd edək ki, Andreys Rubins Latviya yığmasına çağrıldığına görə martın 1-də Zaqatala gələcək. 33 yaşlı futbolçudan başqa İlkin Qırtımov və Rüstəm Abbasovda U-21-ə dəvət olunduqlarıdan məşqlərə gec qatılacaq.

Son xəbərlər